Bizim üçün hər bir zəng önəmlidir

Haqqımızda

Krizis telefon xətti 5 aprel 2006-cı ildə öz fəaliyyətinə başlamışdır. Bu layihə Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənir və “İnkişaf Naminə Təşəbbüs” İctimai Birliyi tərəfindən həyata keçirilir. Bu xəttin vacib üstünlükləri ondadır ki, problemi olan gənc mütəxəssisə birbaşa müraciət edir, lazımi məsləhəti təxirəsalınmadan və anonimliyini qoruyaraq alır. Bu mənada xətt beynəlxalq tövsiyyələrə uyğun olaraq “gənclərə dost” xidmətidir.
Əsas məqsədimiz problemi olan və ya krizisə düşmüş gəncə vaxtında, professional kömək göstərmək və onu bu vəziyyətdən çıxartmaqdır. Məhz buna görə bu xətdə işləyən könüllülər psixoloqlardır. Onlar öz insani keyfiyyətlərindən çıxış edərək bu layihədə işləməyə razılaşmışdırlar. Könüllülərimiz işə başlamazdan əvvəl professional psixiatr və psixoloqlar tərəfindən keçirilən bir sıra treninqlərdə iştirak etmişlər və krizis xəttinin iş prinsipləri haqqında məlumat almışlar. Bu treninqlərdə telefonla yardım, krizisli situasiyalar haqqında məlumat verilib və bu hallarda necə yardım edəcəkləri haqqında məlumatlandırılıblar.

Bizə zəng edərkən gəncləri bir çox problemlər narahat edir. Bunlardan bəzilərini sizinlə paylaşırıq.

PROBLEM 1

Salam, mənim 19 yaşım var. Mən keçən il ali məktəbə qəbul imtahanında iştirak etdim....

PROBLEM 2

Salam, məni bir problem narahat edir. Mənim 17 yaşım var. Mən özümə qapalıyam....

PROBLEM 3

Salam, mən öz ailə üzvlərinə, həmçinin münasibətdə olduğu hər kəsə qarşı çox həssasam....

PROBLEM 4

Salam, mən bir il əvvəl atamı itirmişəm. Onun ölümü mənə çox pis təsir edib....

PROBLEM 5

Salam. Mənim 21 yaşım var. Mən 4 ildir bir xanımı sevmişəm. Onsuz öz həyatımı....

PROBLEM 6

Salam, mənim sizin köməyə ehtiyacım var. Mənə kömək edin. Mənim 16 yaşım var....